Azinfo » İqtisadiyyat » İnfrastruktur » Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər

Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər

Tarix : 18-09-2024   /   İqtisadiyyat / İnfrastruktur  

Azərbaycanda su təchizatının səmərəliliyinin artırılması ilə Maliyyə Nazirliyi 1,5 milyard manat vəsaitə qənaət edə bilər.

Azinfo.az-ın məlumatına görə, bu barədə Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra açıqlama verib. 

Misranın sözlərinə görə, son 10 ildə Maliyyə Nazirliyi su təchizatı sahəsinə 8 milyard manat yatırım edib. Gələcək 10 il ərzində isə bu sahəyə təxminən 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir.

Misra qeyd edib ki, məhsuldarlığın artırılması sayəsində növbəti onillikdə dövlət büdcəsindən 1,5 milyard manat qənaət etmək mümkün olacaq. Bununla, tələb olunan subsidiyaların məbləği 6 milyard manatdan 4,6 milyard manata düşə bilər. Bu qənaət su itkilərinin azaldılması, tariflərin artırılması və işçi heyətinin optimallaşdırılması ilə əldə oluna bilər.

Şərhlər: 0

Şərh yaz