Azinfo » İqtisadiyyat » İnfrastruktur » “AzInTelecom” Müştəri Xidmətlərinin “SİMA Token”lə bağlı imkanlarını genişləndirdi

“AzInTelecom” Müştəri Xidmətlərinin “SİMA Token”lə bağlı imkanlarını genişləndirdi

Tarix : 18-04-2022   /   İqtisadiyyat / İnfrastruktur  

Rəqəmsal transformasiya ilə bağlı elektron imzalara artan tələbatın ödənilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri təkmilləşdirilib.

Mərkəzi “Şəbəkə” ofisində yerləşən Müştəri Xidmətlərində xidmət operatorlarının sayı artırılıb və texniki imkanlar gücləndirilib. Nazirlikdən  verilən məlumata görə, vətəndaş məmnunluğunun artırılması üçün həyata keçirilən təkmilləşdirmə işləri sayəsində “SİMA Token”in verilməsi prosesinin sürətləndirilməsi, eləcə də daha operativ və keyfiyyətli xidmət göstərilməsi mümkün olacaq. Həmçinin bundan sonra Müştəri Xidmətlərində vətəndaş, sahibkar və hüquqi şəxslərlə yanaşı, dövlət qurumlarına da xidmət göstəriləcək.

Məlumat üçün bildirək ki, “SİMA Token” “AzInTelecom” MMC-nin “Elektron imza”nın bazasında yeni yaratdığı “SİMA” rəqəmsal imza platformasına daxildir. İndiyədək “Elektron imza” adı altında təqdim olunan imza sertifikatının funksionallığı dəyişməyib. “SİMA Token”ə “Elektron imza” ilə bağlı şərtlər və qaydalar çərçivəsində sahib olmaq olar.

Şərhlər: 0

Şərh yaz