Azinfo » İqtisadiyyat » İnfrastruktur » Azərbaycanın TRACECA-dan gəlirləri cüzi azalıb

Azərbaycanın TRACECA-dan gəlirləri cüzi azalıb

Tarix : 21-04-2022   /   İqtisadiyyat / İnfrastruktur  

Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 578 881,7 min manat olub.

Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 39 627,4 min ton, sərnişin daşımaları isə 75 797,5 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3% artıb və 52,2% azalıb.

Şərhlər: 0

Şərh yaz