Azinfo » İqtisadiyyat » İnfrastruktur » AAYDA: M2 magistralında hərəkət qismən məhdudlaşdırılacaq

AAYDA: M2 magistralında hərəkət qismən məhdudlaşdırılacaq

Tarix : 18-05-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89.7-ci km-də yerləşən mövcud avtomobil körpüsündə aparılacaq təmir işləri ilə əlqədar olaraq may ayının 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində olacaq.

Şərhlər: 0

Şərh yaz