“Azəriqaz” rəhbərliyi vətəndaşların problemlərini dinləyib
"Ölkə başçısının müvafiq çağırış və göstərişinə əsasən biz də SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirərək, sizlərin qaz təsərrüfatına dair problemlərinizin həlli istiqamətində lazımi işlər görürük".“Azəriqaz”dan verilən məlumata görə, bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Şəki şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan vətəndaşların problem və təklifləri dinlənilib.
Şərhlər: 0
Şərh yaz
