Dövlət Komitəsi: Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyev ADA Universitetində “İtaliya dizayn günü” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycan Qarabağda böyük bir regenerasiya prosesini həyata keçirir: “Burada yüzlərlə kənddən söhbət gedir. Lakin minaların olması bizə böyük maneə yaradır. Qarabağda gözəl, “yaşıl şəhərlər” salınacaq. Artıq layihələndirmə işləri hazırdır. İtaliyalı həmkarlarımız da bu fəaliyyətdə bizə yaxından kömək edir”.
Şərhlər: 0
Şərh yaz
