Azinfo » İqtisadiyyat » İnfrastruktur » “Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir

Tarix : 26-05-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur. Bu məqsədlə “NEQSOL Holding”in tərkibində olan “AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsi həyata keçirilir.

Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.

Layihənin Azərbaycan seqmentində dəmir yolları boyunca Cənub, Şimal və Qərb istiqamətlərində beynəlxalq standartlara uyğun yeni fiber-optik kabel xəttinin tikintisi başlanılıb və sürətlə davam edir. Tikintinin ilk ayında 10%-dən çox hissəsi tamamlanıb, bu da 110 km-dən çox olan seqmenti təşkil edir. İnfrastruktur fazası üzrə tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır. Layihənin müxtəlif mərhələlərinə beynəlxalq konsaltinq şirkətləri (“Detecon Consulting”, “DLA Piper” və s.) cəlb olunub. Bu infrastrukturun qurulması regionda multiterabitli magistral marşrutun yaradılmasına imkan verəcək, ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək.

Şərhlər: 0

Şərh yaz