“Azərişıq” Şuşanın rəqəmsal əkizini yaradıb
“Azərişıq” ilk dəfə Şuşanın rəqəmsal əkizini (Digital twinning) yaradıb.Bunu “Azərişıq” ASC sədrinin innovasiyalar üzrə və 3D mobil xəritələr üzrə məsləhətçisi Elşən Musayev deyib.
Onun sözlərinə görə, artıq “3D mobil xəritə” ilə Zaqatala, Qəbələ, Gəncə, Quba, Xaçmaz, Xırdalanın rəqəmsal əkizi yaradılıb. Proqram növbəti dəfə Şuşada tətbiq edilib.
O bildirib ki, “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq”da tətbiq edilib və layihələndirmə, tikinti, təmir-bərpa işləri ilə məşğul olan təşkilat, qurum və şirkətlərin də işini asanlaşdıra bilər: “Digər kommunal strukturlar və şirkətlər də “Azərişıq”ın “3D mobil xəritə”sindən istifadə edə biləcək. Əsas vacib olan məsələ odur ki, texnologiya tətbiq olunur, data var və bundan istifadə mütləq lazımdır. Şuşaya və digər başqa bir şəhərə getməyə ehtiyac olmayacaq. Biz bunun üzərinə APİ və digər statistik məlumatları açsaq, istənilən investora təklif edə bilərik”.
Şərhlər: 0
Şərh yaz
