“Şimal-Cənub” nəqliyyat dəhlizi region ölkələrinin ticarət əlaqələri genişləndirəcək
“Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də potensial tərəfdaşlar - Türkiyə, İran, Pakistan, Hindistan və Çin kimi ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini nəzərə alaraq xüsusilə aktualdır.Bu barədə Dağıstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, nəqliyyat dəhlizi, eləcə də bütövlükdə regionun nəqliyyat və logistika infrastrukturu ilə bağlı məsələ Dağıstanın baş naziri Əbdülmüslim Əbdülmüslimovla Dövlət Duması sədrinin müavininin müşavirləri Yevgeni Kalinin və Aleksandr Vorobyov arasında keçirilən görüşdə müzakirə edilib.
Qeyd olunub ki, yaxın gələcəkdə qarşıda duran əsas vəzifələrdən biri də “Qafqaz” avtomobil yolunun dörd hərəkət zolağına qədər genişləndirilməsidir.
Şərhlər: 0
Şərh yaz
