Aİ Şərq Tərəfdaşlığı üzrə Planının Azərbaycanda icrası müzakirə olunub
Nazirlikdən verilən məlumata görə, görüşdə beynəlxalq maliyyə institutlarının – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəsmiləri də iştirak ediblər.
Görüş zamanı Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) Azərbaycanda icrasına dair məsələlər müzakirə olunub.
Eyni zamanda, Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) daxil olan avtomobil və dəmir yolları şəbəkələri ilə bağlı layihələrdə iştirakı və Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər: 0
Şərh yaz
