Azinfo » İqtisadiyyat » İnfrastruktur » İmişli sakinləri qazla bağlı “Azəriqaz”a müraciət ediblər

İmişli sakinləri qazla bağlı “Azəriqaz”a müraciət ediblər

Tarix : 12-09-2022   /   İqtisadiyyat / İnfrastruktur  
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə İmişli sakinlərinin ixtiyarına verilib.

“Azəriqaz”dan verilən məlumata görə, “Səyyar qəbul otağı"na ümumilikdə 10 müraciət daxil olub. Bunlardan 4-ü Yalavac kəndinin bəzi küçələrinə yeni qaz xətlərinin çəkilməsi ilə bağlı olub. Aksiyaya qatılan Şahin Süleymanovla Süleyman Əliyev fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.

“Açıq mikrofon”da səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.

Şərhlər: 0

Şərh yaz