Azərbaycanın domenində saytların sayı 5%-dən çox artıb
Bu ilin aprelin 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (".az") 38 872 internet resursu qeydə alınıb.
Azinfo.az istinad edir. "APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,2% çoxdur.
Qeydə alınan saytların ümumi sayının 36 329-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 5,1% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 1,8% artaraq 1 379 sayt təşkil edib.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə aprelin 1-nə olan məlumata görə 543 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 13,1% çoxdur.
Şərhlər: 0
Şərh yaz
