Azinfo » İqtisadiyyat » İnfrastruktur » Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında üçlükdədir

Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında üçlükdədir

Tarix : 26-10-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ilk üçlükdədir.

Qonşu ölkənin bu ilin 3 rübü ərzində Azərbaycana ixrac etdiyi məhsulun həcmi 488 mln. dollardır.

Gürcüstan Azərbaycandan sonra 473 mln. dollarlıq ixracatı Rusiyaya həyata keçirib.
Cari ilin 9 ayı ərzində Gürcüstanın ən böyük ixracatı isə Çinə olub. Belə ki, bu ölkəyə Gürcüstandan 574,8 mln. dollarlıq məhsul ixrac edilib.

Şərhlər: 0

Şərh yaz