Masallıda qanunsuz tikili sökülərək , yerinə "8 Noyabr Zəfər günü" memorial kompleksi inşa ediləcək
06.11.2022 tarixdə Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Fövqəladə Hallar Nazirliyinin sərəncamına əsasən qanunsuz tikili sökülmüşdür .

Yerinə isə , dünən qeyd etdiyimiz kimi "8 noyabr Zəfər günü" memorial kompleksi inşa ediləcək.Bu gün də sözügedən ərazidə olduğumuz zaman , sakinlərlə ünsiyyətdə olduq. Ərazidə yaşayan sakinlər bu addımın atıla biləcək ən doğru və ən şərəfli addım olacağını bildirdilər. Eyvanlarından boylandıqda , onlara şərəf tarixlərini xatırladacaq bu kompleks üçün , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova təşəkkürlərini bildirdilər.
Şəhid ailələrinin sevinci və qüruru gözlərindən şərhsiz oxunurdu.
Rauf Cəbiyev
Şərhlər: 0
Şərh yaz
