Azinfo » İqtisadiyyat » İnfrastruktur » Azərbaycanda Ağıllı kənd və şəhər üzrə Sinqapur, Dubay konsepsiyası irəli sürülüb

Azərbaycanda Ağıllı kənd və şəhər üzrə Sinqapur, Dubay konsepsiyası irəli sürülüb

Tarix : 21-11-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Azərbaycanda Ağıllı kənd və şəhər üzrə Sinqapur, Dubay konsepsiyası irəli sürülüb.

Bunu “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, dövlət olaraq qarşıya qoyulan məqsəd biznes üçün əlçatanlığın olmasıdır.
"İstənilən smart texnologiyaya yanaşma konkret konseptə dayanmlıdır. Səmərəlilik və zərurət filtrindən keçirməyə çalışacağıq. Həmçinin, eko sistemin nə qədər qazanması da üçüncü prinsipdir", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, hesablamalara görə, yaxın 5 il ərzində “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradacağı dəyər 2,5 trilyon dollar həcmində olacaq:
"Bir sıra şirkətlər Azərbaycana bununla bağlı təkliflər veriblər. Lakin təkliflərdə ölkəmizin reallıqları tam şəkildə öz əksini tapmadığı üçün özümüz müxtəlif ölkələrin təcrübəsi əsasında bu konsepsiyanı hazırlamışıq.

Hər hansısa şəhər və ya kənddə istənilən layihəni icra edərkən hesab edirik ki, bu, 3 əsas filtrdən keçməlidir. Birincisi, səmərəlilik və zərurilik, ikincisi, dayanıqlılıq, üçüncüsü isə ölkə ekosisteminin nə qədər qazanmasıdır".

Şərhlər: 0

Şərh yaz