Masallıda " ABAD məhəllə " layihəsi reallaşdırılır - FOTO
Masallı rayonunda quruculuq və abadlıq işləri sürətlə davam etməkdədir. Rayonda bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası,quruculuq-abadlıq və yenidənqurma işləri aparılmaqdadır.
Beləki, Masalllı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov təyin olunduğu gündən rayonda bir sıra yeniliklərə imza atmışdır. Bir müddət öncə cənab Araz Əhmədov "ABAD məhəllələrinin " yaradılması haqqında sərəncam imzalamışdır. Dərhal layihənin icrasına start verilmişdir. Binaların həyətlərində qanunsuz köşklər və digər bu tipli tikililərin sökülməsinə başlanılmışdır. Uzun illərdən bəri ümumiyyətlə təmir olunmamış binalarda və həyətlərində antisanitar vəziyyət hökm sürürdü. Çoxsaylı şikayətlər və müraciətlər məhz, bu binaların sakinləri tərəfindən olunurdu.
Bu gün sözügedən məhəllələrdə olduq. Şahidi olduğumuz mənzərə olduqca ürəkaçandır. Binaların xarici görünüşü, eyvanların bərbad vəziyyəti və həyətlərindəki antisanitar vəziyyətdən artıq əsər-əlamət qalmayıb. Binaların fasadları rənglənir, dəhlizlər təmir olunur, eyvanlar üzlənir, səkilər yenilənir, uşaqların və sakinlərin istirahət etməsi üçün bütün lazımi şərait qurulur.
Sakinlərlə həmsöhbət olduğumuz zaman, ölkə başçısı Cənab İlham Əliyevə və Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova görülən işlərə və yaradılan şəraitə görə dərin minnətdarlıqlarını bildirdilər. Ərazidə olduğumuz zaman azyaşlı uşaqların da, sevincinin şahidi olduq. Biz də, "Azinfo.az" milli informasiya portalı olaraq, Ali Baş Komandan cənab İlham Əliyevə və Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova təşəkkürümüzü bildiririk.
Rauf Cəbiyev.
Şərhlər: 0
Şərh yaz