Azinfo » İqtisadiyyat » İnfrastruktur » Nazir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə təqaüd ayıra bilər

Nazir: Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə təqaüd ayıra bilər

Tarix : 19-12-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Səudiyyə Ərəbistanı azərbaycanlı tələbələrə təqaüd ayıra bilər.

Bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh deyib.

“Elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanı universitetlərində təhsil almaq üçün təqaüd proqramı hazırlaya bilərik. Bu müxtəlif sahələri, o cümlədən texnologiya, rəqəmsal sahələr, riyaziyyat və digər elm sahələrini əhatə edə bilər”- deyə, səudiyyəli nazir əlavə edib.

Şərhlər: 0

Şərh yaz