Azinfo » İqtisadiyyat » İnfrastruktur » Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 mln. manat ayrılıb

Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 mln. manat ayrılıb

Tarix : 16-01-2023   /   İqtisadiyyat / İnfrastruktur  
Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi Real-İnşaat MMC seçilib.

Qalib şirkətlə tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün 1 milyon 499 min 898 manat həcmində müqavilə bağlanılıb. Şirkət müqavilə üzrə bu il iyun ayının sonuna kimi işləri yekunlaşdırmalıdır.

Şərhlər: 0

Şərh yaz