Azinfo » İqtisadiyyat » İnfrastruktur » “Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

Tarix : 18-01-2023   /   İqtisadiyyat / İnfrastruktur  
Fevralın 17-dən etibarən Rusiyanın “Aeroflot” Hava Yolları şirkəti Sankt-Peterburqla Bakı arasında birbaşa uçuşlara başlayacaq.

Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Reyslər Pulkovo hava limanından həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.
“Aeroflot”un mətbuat xidməti qeyd edib ki, bu mövsüm sərnişinlərə Sankt-Peterburqdan Antalyaya, İstanbula, Dubaya, Daşkəndə, Səmərqəndə və İrəvana birbaşa uçuşlar təklif olunur.

Şərhlər: 0

Şərh yaz