ABA sədri: Azad edilmiş ərazilərdə on il ərzində bir milyon ağac əkiləcək
İşğaldan azadedilmiş ərazilərdə ağacəkmə prosesinə başlanılacaq.Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
Zakir Nuriyev bildirib ki, Azərbaycan maliyyə sektoru Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ildən başlayaraq hər il 100 min olmaqla on il ərzində bir milyon ağac əkilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə memorandum imzalayıb: "Bununla bağlı maliyyə sektorunda təmsil olunan bütün birliklər, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə bu tədbirlərə start verilib. Ərazilərin seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Biz düşünük ki, artıq bu ilin aprel-may aylarında prosesə başlayacağıq. Bütün ölkə ərazisində bu iş davam edəcək".
Şərhlər: 0
Şərh yaz
