“Azərkosmos” gəlirlərinin 80%-ni xidmət ixracından əldə edib
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80%-ni təşkil edib.
2023-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,8 mln. dollar dəyərində xidmət ixrac edib.
Cari ilin iki ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min dollar ilə Birləşmiş Krallıq, 698,3 min dollar ilə Lüksemburq, 534,1 min dollar ilə Fransa, 294,8 min dollar ilə BƏƏ və 169,4 min dollar ilə Almaniya qərarlaşıb.

Şərhlər: 0
Şərh yaz