Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Dünya Bankı: 2023-2024-cü illərdə Azərbaycanın dövlət borcu azalacaq

Dünya Bankı: 2023-2024-cü illərdə Azərbaycanın dövlət borcu azalacaq

Tarix : 07-04-2023   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Dünya Bankı (DB) Azərbaycanın dövlət borcunun 2025-ci ilə kimi azalacağını proqnozlaşdırıb.

Bu barədə Dünya Bankının hesabatında bildirilib. Hesabata əsasən, Azərbaycanın dövlət borcunun ümumdaxili məhsulda payı 2022-ci ildəki 11,7%-dən 2023-cü ildə 10,9%-ə qədər azalacaq. Bu Dünya Bankının 2022-ci ilin oktyabr proqnozu ilə müqayisədə 0,2% çoxdur.

DB dövlət borcunun ÜDM-də payını 2024-cü il üzrə 0,2% azaldaraq 10,8%-ə endirib. 2025-ci il üzrə isə bu göstərici 11% proqnozlaşdırılıb.

Şərhlər: 0

Şərh yaz