Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azinfo.az-ın verdiyi xəbərə görə, AMB sədri bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Kazımov bildirib ki, görüş zamanı Dünya Bankının 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, davam edən investisiya layihələrinin mövcud vəziyyəti və COP29 çərçivəsində Dünya Bankının göstərə biləcəyi dəstək barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və yaşıl taksonomiya üzrə Dünya Bankının verə biləcəyi dəstək imkanları müzakirə olunub.
Şərhlər: 0
Şərh yaz
