Xidmət rəisi: Dövlət qurumlarında kibertəhlükəsizliklə bağlı kadr çatışmazlığı var
Azərbaycanda kibertəhlükəsizlik mütəxəssislərinə ciddi ehtiyac duyulur.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin verdiyi məlumata görə, bu sahədə kadr çatışmazlığı mövcuddur. O qeyd edib ki, kibertəhlükəsizliklə bağlı dövlət orqanları üçün müəyyən tələblər mövcud olsa da, bu tələblərin tam şəkildə yerinə yetirilməsində problemlər yaşanır. Musayev vurğulayıb ki, bu problemi həll etmək üçün bütün dövlət qurumlarının birgə səyi vacibdir və ölkədə kibertəhlükəsizlik sahəsinin inkişafı üçün ciddi addımlar atılmalıdır.
Şərhlər: 0
Şərh yaz