Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » 28 oktyabr Ümumdünya Cüdo Günüdür

28 oktyabr Ümumdünya Cüdo Günüdür

Tarix : 30-10-2024   /   Maliyyə xəbərləri / Döyüş növləri  

Bayram günü ilə əlaqədar Azərbaycanın hər yerində olduğu kimi, Masallı rayonunda da yeniyetmə cüdoçularla tədbir keçirilib. 2024-cü il Azərbaycan Cüdosu üçün qızıl il olmuşdur. Çüdoçularımız -  Hidayət Heydərov və Zəlim Kotsoyev 2024 Paris Olimpiyadasının çempionu olmuşdur. Olimpiya çempionlarımız Nazim Hüseynovun ( 1992 Barselona) və Elnur Məmmədlinin ( 2008 Pekin) yolunun davamçılarıdır. 

Tədbirdə Masallı cüdoçularının dostu Ruslan Bağışov, Azinfo.az saytının baş redaktoru Rauf Cəbiyev iştirak ediblər. İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra yeniyetmə cüdoçular bayram qünü münasibətilə təbrik edilib. Xanağa Quliyev yeniyetmə cüdoçulara klubun yetirmələrindən altı nəfəri torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşdüyü və şəhid olduqları baradə məlumat verib.

Aprel şəhi 2016:

1.Nurlan Əsgərli

Vətən müharibəsi şəhidləri 2020:

2.İntiqam Əsgərli "Vətən Müharibəsi Qəhrəmanı"
3.Vüsal Hadıyev
4.Araz Süyfullayev
5.Sübhan Həsənov

Antiterror əməliyyatları şəhidi 2023

6.Sənan Mirzəyev

Allah bütün şəhidlərimizə rəhmət etsin. 

Sonda yeniyetmə cüdoçular Diplomlarla təltif olunublar.

Qeyd edək ki. Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbinin idman zalında yeniyetmə cüdoçuların məşqçisi tanınmış cüdo müəllimi, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, İdman Ustası Xanağa Quliyevdir.

Azərbaycan idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyevə təşəkkürümüzü bildiririk.

Şərhlər: 0

Şərh yaz