"Anglo Asian Mining" bu il qızıl külçə satışını kəskin artırıb

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" bu ilin I rübündə 14,316 mln. ABŞ dolları dəyərində 7 519 unsiya qızıl külçəsi satıb.
Şirkətin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə dəyər ifadəsində 49,7%, həcm ifadəsində isə 33,4% çoxdur. Bu il satılan qızıl külçələrin 1 unsiyasının orta qiyməti 1 904 dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.
Şərhlər: 0
Şərh yaz
