Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Tarix : 14-04-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  

Türkiyə Mərkəzi Bankı (TMB) uçot dərəcəsini 14% səviyyəsində saxlamağı qərara alıb.

Qlobal inflyasiyanın Türkiyə iqtisadiyyatına və lirəyə mənfi təsiri fonunda, bank uçot dərəcəsini qaldırmayıb. Bundan əlavə, inflyasiyanın 5%-lik hədəfə qaytarılması hələ də əsas məqsəd kimi qalır.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyədə illik inflyasiya 61,14%-dək sürətlənib. Bu, 2002-ci ildən qeydə alınan ən yüksək qiymət artımı tempidir.

Şərhlər: 0

Şərh yaz