Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Bu il Azərbaycanda orta illik inflyasiya 12,3% olacaq - BVF

Bu il Azərbaycanda orta illik inflyasiya 12,3% olacaq - BVF

Tarix : 19-04-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri 12,3% artacaq.

2023-cü ildə isə orta illik inflyasiya 8,7% səviyyəsində gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ortaillik inflyasiya 12,2%, təkcə martda isə illik inflyasiya 12,1% təşkil edib. Ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.

Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7%, Dünya Bankının son gözləntisinə görə isə inflyasiya 9% təşkil edəcək.

Şərhlər: 0

Şərh yaz