Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem

Avtomobillərin sığortasını yeniləmək olmur - İSB-nin sistemində problem

Tarix : 21-04-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  

İcbari Sığorta Bürosunun (İSB) sistemində problem yaranıb. Ötən gündən etibarən avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün deyil.
Bunu sığorta agenti Şahin İsmayılov da təsdiqləyib: "Avtomobil sahibi FİN kodunu daxil edərkən, İSB-nin sistemində müştərilərə aid data görünməlidir, daha sonra sığorta haqqı hesablanmalıdır. Amma FİN kod daxil etdikdən sonra sistemdə müvafiq məlumatlar çıxmır" - deyə, sığorta agenti qeyd edib. Ş.İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı İSB-dən bildirilib ki, problem aradan qaldırılacaq.

Şərhlər: 0

Şərh yaz