“PAŞA Həyat” I rübün maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.PAŞA Həyat inkişaf meyllərini və ölkə üzrə sığorta bazarında lider mövqeyini qorumağa davam edir. Təqdim olunan məlumatlara əsasən, rüb sonuna şirkətin ümumi kapital həcmi ötən ilin müvafiq dövründən 17% artaraq 80 mln. AZN dəyərində qərarlaşıb. Cəmi aktivlərin həcmi 20% artaraq 485 mln. AZN təşkil edib.
Şərhlər: 0
Şərh yaz
