Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Azərbaycanla İsrail qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla İsrail qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq edəcək

Tarix : 26-04-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Azərbaycan Maliyyə Nazirliyində ölkədə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən  verilən məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub, iki ölkə arasında iqtisadi-maliyyə, kibertəhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Şərhlər: 0

Şərh yaz