Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Əmanətlərin Sığortalanması Fondu TMSF ilə memorandum imzalayıb

Əmanətlərin Sığortalanması Fondu TMSF ilə memorandum imzalayıb

Tarix : 10-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu (ADIF), əmanətlərin qorunması mexanizminin təkmilləşdirilməsi, ölkəmizdə əmanətlərin sığortalanması sisteminin inkişafı istiqamətində aparıcı ölkələrin ən qabaqcıl təcrübələrini öyrənmək üçün beynəlxalq qurumlarla və bu ölkələrin müvafiq sahədə fəaliyyət göstərən orqanları ilə əməkdaşlıq edir və bu bağların daha da genişləndirilməsinə xüsusi diqqət ayırır.

Fonddan verilən məlumata görə, bu çərçivədə Azərbaycan qardaş Türkiyə ilə xüsusilə də maliyyə-bank sahəsi üzrə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Əməkdaşlığın dərinləşdirilməsi və prosesin intensivləşdirilməsi məqsədilə 9 may 2022-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) idarə heyətinin sədri – Fatin Rüştü Karakaş ilə İstanbul şəhərində Anlaşma Memorandumu imzalayıb.

Şərhlər: 0

Şərh yaz