Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » AYİB Gəncəyə 10 milyon avro sərmayə ayıracaq

AYİB Gəncəyə 10 milyon avro sərmayə ayıracaq

Tarix : 12-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 000-dən çox insan Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaq.

Bu barədə  Gəncə İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, bu gün AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb. Layihə Gəncənin AYİB-nin “Yaşıl Şəhərlər” (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin “Yaşıl Şəhər” Tədbirlər Planının (YŞTP) inkişafına təkan verəcək.

Şərhlər: 0

Şərh yaz