Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » “Standard Insurance”nin əmlakları satışa çıxarılıb

“Standard Insurance”nin əmlakları satışa çıxarılıb

Tarix : 20-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Mayın 27-də ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçiriləcək.

Bu barədə şirkətin ləğvetmə komissiyasından bildirilib. Məlumata görə, “Standard Insurance”yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil yenidən satışa çıxarılır. Əmlakların təkrar hərrac qiyməti 875 min manat müəyyən edilib. Qeyd edək ki, ilk hərracda əmlaklar 2 milyon manata təklif edilmişdi.

Şərhlər: 0

Şərh yaz