Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Naxçıvanda ÜDM-in həcmi 1,7% artıb

Naxçıvanda ÜDM-in həcmi 1,7% artıb

Tarix : 23-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 776,70 mln. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1676,8 manat olub.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-aprel aylarında dəyəri 354,2 mln. manat məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətdə 1,6% çoxdur.

Şərhlər: 0

Şərh yaz