Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Taleh Kazımov sığorta şirkətlərinin rəhbərlərini toplayır

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərlərini toplayır

Tarix : 13-06-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.

Şərhlər: 0

Şərh yaz