Qeyri neft-qaz sektoruna investisiyalar 15%-ə yaxın artıb
2022-ci ilin yanvar-may aylarında əsas kapitala 4915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib.Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artıb. İstifadə olunmuş vəsaitin 2829,6 milyon manatı və ya 57,6 faizi məhsul istehsalı sahələrinə, 1799,0 milyon manatı (36,6 faizi) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3534,4 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Şərhlər: 0
Şərh yaz
