Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » SİF tibb sahəsində 36 milyon manata yaxın güzəştli kredit verib

SİF tibb sahəsində 36 milyon manata yaxın güzəştli kredit verib

Tarix : 10-08-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Bugünədək Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 mln. manat güzəştli kredit verilib.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

O əlavə edib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə Fonddan 190 min manat kredit əldə edib.

Şərhlər: 0

Şərh yaz