Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 2022-ci il və növbəti illərdə artacaq
Son on ildə Azərbaycanın qeyri-neft sektoruna cəlb edilən birbaşa xarici investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. 2022-ci il və növbəti illərdə birbaşa xarici investisiyaların həcmi artmaqda davam edəcək.Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
Yusif Abdullayev qeyd edib ki, Azərbaycanda birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır və bu strategiyanın da bu il ərzində qəbul edilməsini gözlənilir: "Strategiyada investisiya yatırılması gözlənilən sahələri müəyyənləşdirir. Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri çərçivəsində sənaye zonaları, sənaye parkları yaradılıb. Bu da bizə imkan verir ki, xaricdən rahatlıqla investorları ölkəyə cəlb edək. Bu sənaye zonalarında investorlar üçün şərait yaxşıdır, rəqabətlidir. Biz investorlara yaxşı şərait təklif edirik".
Şərhlər: 0
Şərh yaz
