“AZ-PACK” şirkəti ötən ili zərərlə başa vurub
Azərbaycanda fəaliyyət göstərən qablaşdırma şirkəti “AZ-PACK” MMC ötən il üzrə maliyyə hesabatını açıqlayıb.Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, MMC ötən ili xalis zərərlə başa vurub.
Belə ki, şirkətin əsas əməliyyat gəlirləri ötən il 2,953 milyon manat (2020-ci ilə nisbətən 3,2 dəfə az), satış maya dəyəri üzrə xərcləri 3,874 milyon manat (2,3 dəfə az), ümumi zərəri isə 921,3 min manat(2020-ci ildə 766,9 min manat mənfəət) olub. Bundan əlavə, “AZ-PACK” 311,3 min manat sair gəlirlər əldə edib. Son nəticədə ötən il şirkətin əməliyyat və xalis zərəri 609,9 min manat olub. Halbuki, 2020-ci ildə MMC 410,9 min manat xalis mənfəət açıqlamışdı.
Bu ilin əvvəlinə şirkətin cəmi aktivləri 22% azalaraq 9,203 milyon manata, cəmi öhdəlikləri 19,6% azalaraq 9,078 milyon manata, cəmi kapitalı isə 5,9 dəfə azalaraq 125,5 min manata enib.
Xatırladaq ki, “AZ-PACK” 2012-ci ildən fəaliyyət göstərir.
Şərhlər: 0
Şərh yaz
