Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Gələn il büdcə xərclərinin 25,5 faizinin əməyin ödənişinə yönəldiləcək

Gələn il büdcə xərclərinin 25,5 faizinin əməyin ödənişinə yönəldiləcək

Tarix : 16-09-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Gələn il dövlət büdcəsinin xərclərinin 25,5 faizinin əməyin ödənişinə yönəldilməsi proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Başqa sözlə, 2023-cü ildə əməyin ödənişinə 8 milyard 479,7 manat ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində əməyin ödənişinə 8 milyard 59 milyon manat ayrılıb ki, bu da büdcə xərclərinin 24,9 faizini təşkil edir.

Beləliklə, 2022-ci illə müqayisədə əməyin ödənişinə ayrılan vəsait 420,7 milyon manat, yaxud 5,2 faiz çox olacaq.
Xatırladaq ki, 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat proqnozlaşdırılır.

Şərhlər: 0

Şərh yaz