İKZF ipoteka kreditləri üzrə marjasını açıqlayıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləri üzrə marjasını açıqlayıb.Fondun İpoteka kreditləri departamentinin şöbə müdiri Rasim Abdullayev bildirib ki, adi ipoteka kreditləri üzrə müəyyən edilən 8%-in 4%-i bankların xərclərinə yönləndirilir. "Fondun cəlb etdiyi vəsaitin maya dəyəri 3% təşkil edir, 1% isə İKZF-nin müəyyən etdiyi marjadır"- Rasim Abdullayev əlavə edib.
Şərhlər: 0
Şərh yaz
