Dünya Bankı Ukraynaya 11 mlrd. dollar yardım ayırıb
Dünya Bankı Ukraynaya təcili yardım üçün 11 mlrd. ABŞ dolları ayırıb.unu Dünya Bankının prezidenti Devid Malpas bildirib.
"Dünya Bankı ikitərəfli layihələr və inkişaf üzrə tərəfdaşları sayəsində Ukraynaya 13 mlrd. dollar fövqəladə maliyyə yardımı səfərbər edib. Eyni zamanda, layihələrimiz və trast fondlarımız vasitəsilə artıq 11 mlrd. dollar paylanıb", - Devid Malpas bildirib.
Avqustun əvvəlində Dünya Bankı bildirmişdi ki, 13 mlrd. dollara yaxın maliyyə yardımından 6,3 mlrd. dollardan çoxu Ukrayna hakimiyyətinə verilib.
Şərhlər: 0
Şərh yaz
