Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Dünya Bankı Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Dünya Bankı Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Tarix : 04-10-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Dünya Bankı (DB) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

DB-nin “Bərpa üçün Sosial Müdafiə: Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatı" hesabatına əsasən, bu il Azərbaycanda inflyasiya 12,5% (aprel proqnozu ilə müqayisədə 3,5 faiz bəndi çox), 2023-cü ildə isə 9,5% (2,9% bəndi çox) təşkil edəcək.

DB 2024-cü ildə Azərbaycanda inflyasiya proqnozunu isə 2 faiz bəndi artıraraq 8%-ə çatdırıb.

Şərhlər: 0

Şərh yaz