Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Tarix : 04-10-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb.
"
Bu barədə “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında qeyd edilib.

Dünya Bankı iyun proqnozu ilə müqayisədə 2022-ci il üçün ümumi daxili məhsul (ÜDM) istehsalının artım proqnozunu 1,5% artıraraq 4,2 % müəyyən edib.

Bank 2023-cü il üzrə iqtisadi artım proqnozunu isə 0,6% yaxşılaşdıraraq 2,8 %-ə çatdırıb. Dünya Bankı 2024-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını proqnozlaşdırıb.

Şərhlər: 0

Şərh yaz