Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » ABŞ-da işsizlik 3,6%-dək azalıb

ABŞ-da işsizlik 3,6%-dək azalıb

Tarix : 01-04-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  

ABŞ-da martda yeni iş yerlərinin açılması fonunda, ölkədə işsizlik nisbəti ikillik minimuma enərək 3,6% təşkil edib.

"Reuters"in verdiyi məlumata görə, bu, fevral ayı ilə müqayisə 0,2 faiz bəndi azdır. Bununla da, ABŞ-ın maliyyə requlyatoru FED-in faiz dərəcələrini mayda daha 50 baza bəndi (0,5%) artıracağı ehtimalı artıb.

ABŞ Əmək Departamentinin statistikasına görə, təkcə mart ayında 431 min yeni iş yeri yaranıb.
Xatırladaq ki, FED ötən ay faiz dərəcəsini 25 baza bəndi (0,25%) artırıb.

Şərhlər: 0

Şərh yaz