Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Samir Şərifov BVF-nin illik toplantısında iştirak edəcək

Samir Şərifov BVF-nin illik toplantısında iştirak edəcək

Tarix : 14-10-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov Vaşinqtonda səfərdədir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, nazir Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Samir Şərifov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyini ziyarət edib.

Şərhlər: 0

Şərh yaz