Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » 2023-cü il büdcəsinin gəlir və xərcləri açıqlanıb

2023-cü il büdcəsinin gəlir və xərcləri açıqlanıb

Tarix : 25-10-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
2023-cü il büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.




Şərhlər: 0

Şərh yaz