Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Azərbaycanda yük sığortası bazarı 11% böyüyüb

Azərbaycanda yük sığortası bazarı 11% böyüyüb

Tarix : 30-01-2023   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
2022-ci ildə Azərbaycanda yüklərin sığortası üzrə yığımların həcmi 5 mln. 428 min manat olub.

Bu, 2021-ci ilə nisbətən 10.9% və ya 533.5 min manat çoxdur. 2021-ci ildə bu sığorta növü üzrə yığımların həcmi 4 mln. 894 min manat təşkil edib.

2022-ci ildə Azərbaycanda yüklərə dəyən zərərlər üzrə cəmi 42 min manat ödəniş edilib. Başqa sözlə, əvvəlki ilə nisbətən yük sığortası üzrə ödənişlər 6 dəfə və ya 211.6 min manat azalıb. Qeyd edək ki, yüklərin sığortası üzrə ödənişlər 2021-ci ildə 253.6 min manata bərabər olub.
Sığorta yığımlarının artması, ödənişlərinin isə azalması bu sığorta növünün zərərliliyini azaldıb. Belə ki, 2021-ci ildə sığorta zərərliliyi 5.2% olduğu halda ötən il bu göstərici 0.8%-ə bərabər olub.

Şərhlər: 0

Şərh yaz