Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » AİB: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6%-dən çox olacaq

AİB: Bu il Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6%-dən çox olacaq

Tarix : 04-04-2023   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Asiya İnkişaf Bankı neftin orta qiymətinin aşağı olmasına baxmayaraq, 2023-cü ildə Azərbaycanın ixrac artımını 0,2% səviyyəsində proqnozlaşıdırıb.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi “Asian Development Outlook 2023” icmalında bildirilib.

Bankın hesablamalarına görə, 2024-cü ildə isə Azərbaycanın ixracı 2,9% azalacaq.

Asiya İnkişaf Bankı ümumilikdə 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun 6,4% artacağını, 2024-cü ildə 5,6% azalacağını proqnozlaşdırıb.

Şərhlər: 0

Şərh yaz